Universal döyüş millimiz dünya çempionatına qatılacaq

Türkiyənin Antalya şəhərində universal döyüş üzrə dünya çempionatı keçiriləcək.

Sportline.az xəbər verir ki, mötəbər yarışa maraq böyükdür. Çempionata 36 ölkədən idmançılar qatılacaq.

Azərbaycan millisi də bu mübarizədə qüvvəsini sınayacaq. Komandamız 30-a yaxın idmançı ilə təmsil olunacaq. Yığmamız 4 yaş qrupunda mükafatlar uğrunda yarışacaq. Millimiz baş məşqçi Elşən İsmayılovun rəhbərliyi altında məşqlərini davam etdirir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 8-dən 12-ədək davam edəcək.