Universal döyüş üzrə dünya çempionatı keçirilir

Türkiyənin Antalya şəhərində Aydınbey Queens Hoteldə Universal Döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan Universal Döyüş Federasiyasından (UDF) aldığımız məlumatda deyilir ki, dünən çempionatın ilk təsnifat döyüşləri keçirilib. Bu döyüşlərdə iştirak edən 12 idmançımızdan 8-i qələbə qazanıb. 7 universal döyüşçümüz isə artıq özlərini yarımfinala vəsiqə ilə təmin ediblər. Yığmanın digər üzvləri yarışlara bu gün qatılacaq.

Bir daha xatırladaq ki, dünya çempionatında universal döyüş idman növü üzrə Azərbaycan yığma komandası 32 nəfərlik heyətlə ölkəmizi təmsil edir.