Uolker "Mançester Siti"dən ayrılmaq istəyir
"Mançester Siti"nin ingiltərəli futbolçusu Kayl Uolker klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Sky Sports News"a istinadən xəbər verir ki, Uolker özünə yeni klub axtarır. "Milan" 34 yaşlı müdafiəçi ilə danışıqlar aparır.
K.Uolker kuboklar qazana biləcəyi kluba transfer olmaq istəyir.
Qeyd edək ki, "Mançester Siti" bu keçid üçün qarşı tərəfdən 10 milyon avro tələb edir.
Kayl Uolkerin İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.