Uotkins Mançester klubuna transfer ola bilər

"Aston Villa"nın ingiltərəli futbolçusu Olli Uotkins karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, Mançester klubunun baş məşqçisi Ruben Amorim 29 yaşlı futbolçunu komandasında görmək istəyir.

Birmingem klubu bu keçid üçün qarşı tərəfdən ən azı 40 milyon avro tələb edir.

Qeyd edək ki, Uotkinsin "Aston Villa" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.