Upamekano “Bavariya”dan ayrılır?
"Bavariya"nın mərkəz müdafiəçisi Dayo Upamekano mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 26 yaşlı stopperi transfer etmək üçün hərəkətə keçib.
Upamekanonun Münhen klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Fransa millisinin üzvü "Real"a transfer olmaq istəyir.