Upamekanonu 3 nəhəng klub transfer etmək istəyir

"Bavariya"nın fransalı stopperi Dayo Upamekano gələn yay klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted", "Paris Sen-Jermen" və "Real Madrid" 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, Upamekanonun Münhen klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.