Uqarte “Mançester Yunayted”dən ayrılacaq
“Mançester Yunayted”in uruqvaylı futbolçusu Manuel Uqarte qış transfer pəncərəsi dövründə klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda “Mail Sport” nəşri məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, M.Uqarte cari mövsüm 15 rəsmi matçda iştirak edib.