Uqarte "Qalatasaray" yolunda
"Qalatasaray" "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, İstanbul klubu uruqvaylı futbolçunu icarə əsasında transfer etmək istəyir.
Bu haqda jurnalist Yakup Çınar məlumat yayıb.
Qeyd edək ki, Uqarte cari mövsüm 17 rəsmi matçda iştirak edib.