Uqarte Türkiyə klubuna keçir

"Mançester Yunayted”in futbolçusu Manuel Uqarte karyerasını Türkiyədə davam etdirə bilər

Sportline.az xəbər verir ki, “Qalatasaray” futbolçunun xidmətində maraqlıdır.

"Caught Offside" nəşrinin yaydığı məlumata görə, “Qalatasaray” "Yuventus"un da maraq göstərdiyi Manuel Uqarte üçün böyük büdcə xərcləməyə hazırdır.

Məlumata görə, "Mançester Yunayted" yarımmüdafiəçi üçün 40 milyon avro transfer haqqı tələb edir.