Uqo Lorisin yeni klubu bilindi
Uqo Loris "Tottenhem"dən ayrılmaq qərarına gəlib.
Sportline.az insayder Canluka Di Marsioya istinadla xəbər verir ki, Fransa millisinin üzvü İtaliyadan sərfəli təklif alıb.
Təcrübəli qolkiperin "Latsio" klubu ilə anlaşmanın son detallarını müzakirə etdiyi bildirilir.
36 yaşlı qapıçı ilə iki illik müqavilə bağlanması gözlənilir.
Qeyd edək ki, Loris 2012-ci ildən "Tottenhem"in şərəfini qoruyur.