Usman Dembelenin taleyinə aydınlıq gətirilib

PSJ-nin aparıcı futbolçularında olan Usman Dembele yenidən sıraya qayıdacaq.

Sportline.az xəbər verir ki, cinah hücumçusu ilə baş məşqçi arasındakı problem həll olunub.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun Fransa çempionatının növbəti turunda "Nitsa"ya qarşı meydana çıxacağı gözlənilir. 

Qeyd edək ki, mətbuatda Dembele ilə Enrike arasında narazılıq yarandığı haqqında xəbərlər dolaşırdı.