Vadim Vasilyev komandası ilə fəxr edir

Söhbət "Monako"nun vitse-prezidenti Vadim Vasilyevdən gedir. ÇL-in yarımfinal mərhələsində "Yuventus"a uduzan klubun rəsmisi məğlubiyyətə rəğmən komandaları ilə fəxr etdiklərini bildirib: "Avropa arenasındakı mükəmməl çıxışımızla qüuru duyuruq. 2013-cü ilin mayında Fransanın II Divizionunda oynayırdıq. İndi isə ÇL-in yarımfinalında çıxış edirik. Məğlubiyyəti normal qəbul edirik. "Yuve" həqiqətən də finala daha layiq idi"