Valdesin yeni klubu bəlli oldu

"Barselona"dakı çıxışı ilə yadda qalan ispaniyalı qapıçı Viktor Valdesin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, 34 yaşlı qolkiper İngiltərə Premyer Liqasına qayıdan "Midlsbro" ilə razılığa gəlib. 

Qeyd edək ki, 2015-ci ildə "Mançester Yunayted"ə transfer olunan V. Valdes ötən mövsümü icarə əsasında Belçikanın “Standart” klubunda keçirib. Onun "MY" ilə müqaviləsi iyulun 1-i başa çatıb.