"Valensiya"dan yeni transfer
"Vest Hem Yunayted"in argentinalı futbolçusu Quido Rodrigez mövsümün sonuna qədər icarə əsasında "Valensiya"da çıxış edəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, Q.Rodrigez cari mövsüm 8 rəsmi matçda meydanda olub.