Valverde: "Arda istedadlı futbolçudur"

"Real Madrid"in uruqvaylı futbolçusu Federiko Valverde Arda Gülerin klubdakı durumundan danışıb.

Sportline.az xəbər verir ki, o bildirib ki, Arda istedadlı futbolçudur və o klubun gələcəyi ola bilər. Valverde jurnalistin "Arda ilə yaxşı dost olduğunuzu bilirəm. O, son həftələrdə çox az oyun vaxtı alır. Komandada onun əhval-ruhiyyəsi necədir?" sualına, “Əla” deyə cavab verib.

Qeyd edək ki, Arda Güler bu mövsüm çıxış etdiyi 27 matçda 3 qol və 5 asistlə yadda qalıb.