Vaneri İtaliya nəhənginə keçir
"Marsel"də icarə əsasında çıxış edən Etan Vaneri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 19 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, E.Vaneri müqavilə əsasında "Arsenal"a məxsusdur.