Vaqif Sadıqov: "Çempionatı keçirmək qeyri-mümkün idi"

"Belə bir vəziyyətdə çempionatı keçirmək qeyri-mümkün idi". 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan Premyer Liqasının və ölkə kubokunun dayandırılmasına münasibət bildirərkən deyib. 

O, İcraiyyə Komitəsinin iclasında Prezident İlham Əliyevin çıxışından sitat söylənildiyini bildirib. Sadıqovun sözlərinə görə dövlət başçısı iqtisadiyyatla insanların arasında seçim edərkən sağlamlığı ön plana çəkib və onu seçib: "Biz də bu gün qərar verərkən insanların sağlamlığını ön plana çəkib qərar verdik".