Vardi "Lester Siti"yə qayıdır?
Ceymi Vardi “Lester”ə qayıtmaq istəmir.
Sportline.az xəbər verir ki, təcrübəli hücumçunun hazırda keçmiş klubu "Lester Siti"yə qayıtmaq variantını nəzərdən keçirmədiyi bildirilir.
Vardinin bütün diqqəti mövsümün sonuna qədər "Kremoneze"nin A Seriyasında qalmasına yönəlib.
İtaliya klubu elitadakı yerini qoruyacağı halda, 38 yaşlı futbolçunun müqaviləsini daha bir il uzatmaq imkanı olacaq.
Vardinin də “Kremoneze”nin A Seriyasında qalacağı təqdirdə komandada qalmaqdan məmnun olduğu qeyd edilir.
Qeyd edək ki, ingilis hücumçu uzun illər “Lester”in simvollarından biri hesab olunub və klubla birlikdə Premyer Liqa çempionluğu yaşayıb.