"Vest Hem" "Çelsi" ilə danışıqlara başlayıb

"Çelsi"nin qapıçısı Filip Yörgensen "Vest Hem Yunayted"ə keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

23 yaşlı kiperin dəyəri 15 milyon avrodur.

Qeyd edək ki, F.Yörgensen bu mövsüm çıxış etdiyi 7 matçda qapısında 10 top görüb.