“Vest Hem” “Əl-Nəsr”ə təklif göndərib
“Əl-Nəsr”in qapıçısı Bento karyerasını “Vest Hem Yunayted”də davam etdirə bilər.
Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, 26 yaşlı kiperin transfer qiyməti 20 milyon avrodur.
Bentonun Səudiyyə Ərəbistanı klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm çıxış etdiyi 10 matçda qapısında 7 top görüb.