"Vest Hem" Maquayrı istəyir

Harri Maquayr "Mançester Yunayted"lə yeni müqavilə imzalamasa, karyerasını "Vest Hem"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

32 yaşlı stopperin Mançester klubu ilə sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Maquayr bu mövsüm meydana çıxdığı 12 matçda 2 qol, 1 asistlə yadda qalıb.