“Vest Hem” və “Everton” transfer yarışına girib

"Tottenhem"in malili futbolçusu İvi Bissuma yanvar ayında klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Vest Hem Yunayted" və "Everton" Bissumanı transfer etməyə çalışır.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçinin dəyəri 25 milyon avrodur.