“Vest Hem Yunayted”dən 20 milyon avroluq transfer
“Yunion Sen-Julas”ın forvardı Promis Deyvid karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Vest Hem Yunayted” 24 yaşlı futbolçu üçün Belçika klubuna 20 milyon avro ödəməyə hazırdır.
Bu haqda “Team Talk” nəşri məlumat yayıb.
Qeyd edək ki, P.Deyvidin meneceri London klubu ilə təmas halındadır.
O, cari mövsüm meydana çıxdığı 20 matçda 9 qolla yadda qalıb.