"Vest Hem"də baş məşqçi dəyişikliyi olacaq
"Vest Hem Yunayted" baş məşqçi Qrehem Potterlə yollarını ayırmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, rəhbərlik klubun sükanı arxasına Nuno Esperito Santonu gətirmək istəyir.
Bu haqda jurnalist Alan Nikson məlumat yayıb.
Qeyd edək ki, "Vest Hem" İngiltərə Premyer Liqasında 3 xalla 18 pillədə yer alır.