"Vest Hem"dən "Mançester Yunayted"ə keçir
"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş yayda "Mançester Yunayted"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "The Mirror" nəşri məlumat yayıb.
21 yaşlı oyunçunun transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, M.Fernandeş cari mövsüm meydana çıxdığı 35 matçda 5 qol, 4 asistlə yadda qalıb.