"Vest Hem"i "Tottenhem"ə dəyişir
"Tottenhem" "Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduzu transfer etməyi planlaşdırır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Kuduz üçün "mahmızlar" 50 milyon avro ödəməyə hazırdır.
24 yaşlı sağ cinah vingerinin "Vest Hem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Mohammed Kuduz ötən mövsümü 35 matçda 5 qol 4 asistlə tamamlayıb.