"Vest Hem"in Mingeza planı

"Selta Viqo"nun ispaniyalı futbolçusu Oskar Mingeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem" 26 yaşlı sağ cinah müdafiəçisini heyətə qatmaqda israrlıdır.

O.Mingezanın dəyəri 18 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 21 matçda 1 qol, 3 asistlə yadda qalıb.