Veteran futbolçumuza ağır itki üz verib
Futbol veteranı Kənan Kərimovun ailəsinə itki üz verib.
Sportline.az xəbər verir ki, mütəxəssisin atası Nizami Kərimov vəfat edib.
Bir həftə əvvəl koronavirusa yoluxan 75 yaşlı Kərimov yaşadığı Yevlaxda dünyasını dəyişib. O, Yevlax xəstəxanasında ürəktutmadan vəfat edib.
Qeyd edək ki, "Səbail"in qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev iki gün əvvəl koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!