"Viktoriya" - "Qarabağ" görüşünün hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Viktoriya" (Plzen) - "Qarabağ" matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüş Makedoniyadan olan hakimlərə həvalə olunub.

Qarşılaşmada Aleksandr Stavrev fit çalacaq. Ona Maryan Kirovski və Deyan Kostadinov kömək edəcək. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.

Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.