"Viktoriya"nın qələbəsi
Futbol üzrə Çexiya çempionatına start verilib. SportLine.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a rəqib olan "Viktoriya" (Plzen) ilk görüşünə bu gün çıxıb. Rəqib "Pihlava" klubu olub.
Qarşılaşma Plzen təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qeyd edək ki, "Viktoriya" (Plzen) ötən mövsümün qalibidir.
30 iyul 2016
Çexiya çempionatı, 1-ci tur
"Jilava" - "Viktoriya" - 1:2
QOLLAR: İkaunieks, 27 (1:0), Kuçera, 51 (1:1), Kopiç, 64 (1:2)