Villian İngiltərəyə qayıdır

"Çelsi"nin sabiq futbolçusu Villian yenidən İngiltərə Premyer Liqasında çıxış etmək istəyir.

Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, "Everton" Villianı heyətinə qatmaq niyyətindədir.

36 yaşlı futbolçu hazır da azad agent statusundadır.

Qeyd edək ki, Villian ötən ilin dekabr ayında "Olimpiakos"dan ayrılıb.

Brazilyalı futbolçu karyerası ərzində "Korintiyans", "Şaxtyor", "Anji", "Çelsi", "Arsenal" və "Fulhem" kimi klublarda çıxış edib.