Vini ən yaxşı futblçu seçilib
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu üzrə ən yaxşı futbolçu bəlli olub.
Sportline.az xəbər verir ki, bu ada “Real” Madridin üzvü Vinisius Junior layiq görülüb. Seçim turnirin rəsmi mətbuat xidməti tərəfindən açıqlanıb.
Braziliyalı cinah oyunçusu azarkeşlər arasında keçirilən səsvermədə Robert Navarro (“Atletik”), Fermin Lopez (“Barselona”) və Luis Suaresini (“Sportinq”) geridə qoyub.
Vinisius Junior “Real”ın doğma meydanda “Monako”nu 6:1 hesabı ilə darmadağın etdiyi oyunda 1 dəfə fərqlənib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.