Vini İngiltərə nəhənginin radarına düşüb

"Real Madrid" ilə yeni müqavilə danışıqları çıxılmaz vəziyyətə düşən Vinisius Juniorla bağlı diqqətçəkən iddia ortaya çıxıb.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında yenidən zirvə uğrunda mübarizə aparmaq istəyən "Çelsi" braziliyalı ulduzu heyətinə qatmaq niyyətindədir.

London təmsilçisinin sol cinah oyunçusu üçün ciddi addımlar atdığı bildirilir.

Xəbərdə qeyd olunur ki, futbolçunun transfer qiyməti açıqlanmasa da, ona həftəlik 500 min funt sterlinqdən artıq maaş təklif edilə bilər.

Bu isə reallaşacağı halda "Çelsi" tarixində ən yüksək maaşlı müqavilələrdən biri olacaq.