Vinisiusu İngiltərə nəhəng klubları heyətinə qatmaq istəyir
“Real Madrid”in rəhbərliyi ilə problem yaşayan Vinisius Junior yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, “Liverpul” və “Mançester Yunayted” 25 yaşlı sol cinah vingerini transfer etmək üçün yarışa girib.
Bu haqda “Mirror” nəşri məlumat yayıb.
Qeyd edək ki, Vinisius Juniorun transfer qiyməti 150 milyon avrodur.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 6 qol, 5 asist müəllifi olub.