Visente Qomes Bakıda
"Sabah"ın yeni baş məşqçisi Azərbaycana gəlib.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis artıq Bakıdadır.
İspaniyalı baş məşqçi gün ərzində komandanın təlim-məşq toplanışı keçdiyi Qəbələyə yollanacaq.
Qeyd edək ki, Visente Qomes mövsümün sonunda istefaya göndərilən Jelko Sopiçi əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.