Vissam Ben Yedder “Sakaryaspor”a keçib
Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedder karyerasını "Sakaryaspor"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Oyunçu Türkiyə klubuna azad agent kimi transfer olunub.
Ben Yedder karyerası ərzində "Tuluz", "Sevilya", "Monako" və "Sapahan" klublarında çıxış edib.