Vissam Ben Yedderin yeni klubu bəlli olub

Fransa millisinin sabiq hücumçusu Vissam Ben Yedder karyerasını “Vidad Kasablanka” klubunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu Mərakeş klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, V.Ben Yedderin dəyəri “Transfermarkt” portalına görə, 800 min avrodur.