Vitor Reis İngiltərə nəhənginə keçib

"Palmeyras"ın brazilyalı futbolçusu Vitor Reis karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az "Times Sport"a istinadən xəbər verir ki, "Mançester Siti" 19 yaşlı futbolçu ilə anlaşıb.

V.Reis cari mövsüm çıxış etdiyi 38 matçda 2 qolla yadda qalıb.

Qeyd edək ki, "Mançester Siti" bu keçid üçün "Palmeyras"a 29.5 milyon avro ödəyəcək.