Vlahoviç Birmingem klubundan təklif alıb
"Yuventus"un serbiyalı forvardı Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Aston Villa" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Vlahoviçin dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, serbiyalı futbolçunun "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.