Voleybol federasiyasının rəhbərliyində dəyişiklik

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyində dəyişiklik edilib.

Sportline.az xəbər verir ki, federasiyanın baş katibi Elşən İsmayılovu Cəlil Cəfərov əvəzləyib.

Cəfərov voleybol sahəsində yeni sima deyil. O, vaxtilə, qadınlardan ibarət “Rabitə” və onun tərkibindəki “Telekom” klublarının prezidenti olub.  “Rabitə” onun rəhbərliyi altında klublararası dünya çempionatında qızıl və gümüş medallara yiyələnib, iki dəfə Çempionlar Liqasının finalında çıxış edib, bir dəfə üçüncü olub.

Həmçinin, CEV kubokunun bürünc medallarına sahib çıxıb. 8 dəfə Azərbaycan çempionu olan “Rabitə” dəfələrlə gümüş və bürünc medal da qazanıb. Onların uğurunu “Telekom” da davam etdirərək, Superliqanın qızıl və gümüş medallarına sahib olub.