Azərbaycan millisi İspaniyaya qarşı

Voleybol üzrə Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında mübarizəyə start verəcək.

Sportline.az xəbər verir ki, A qrupunda yer alan yığma ilk görüşündə İspaniya seçməsi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçı Pol Katalin Sabo-Aleksi (Rumıniya) və Peter Sabo (Macarıstan) idarə edəcəklər.

Bu qrupda Fransa və Rumıniya kollektivləri də yer alıblar. Komandalar ilk dövrəni 28 - 30 mayda Rumıniyada, ikinci dövrəni isə 4 - 6 iyunda Fransada oynayacaqlar.

Qızıl Avropa Liqası

21:00. İspaniya - Azərbaycan

Hakimlər: Pol Katalin Sabo-Aleksi (Rumıniya), Peter Sabo (Macarıstan)

Qeyd edək ki, ümumi mükafat fondu 413 000 avro olan Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. Qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi 19 - 20 iyunda Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.