Voleybol üzrə Azərbaycan çempionatının reqlamentində dəyişiklik edilib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib.

Azərbaycan Voleybol Federasiyasından Sportline.az-a verilən məlumata görə, çempionatın qalibi nəzərdə tutulduğu kimi 6 deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.

Buna mart və aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.

Qeyd edək ki, qərar klubların razılığı əsasında qəbul edilib.