Voleybol üzrə Azərbaycan Super Liqasında çempion bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi bəlli olub.

Sportline.az xəbər verir ki, 3-cü dövrəsinin sonuncu – təxirə salınmış VIII turunda "Azerreyl"ə 3:0 (25:16, 25:21, 25:16) hesabı ilə qalib gələn "Abşeron" çempionluğunu rəsmiləşdirib.

Bu qələbədən sonra xallarını 27-yə çatdıran komanda sona 3 tur qalmış qızıl medalları təmin edib.

Qeyd edək ki, "Abşeron" ilk dəfə ölkə çempionu olub.