Voleybol üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Murov" klubu cari mövsümün çempionu olub. Bu, komandanın "Sərhədçi"yə qarşı XIX tur matçında ilk 2 seti qazanmasındən sonra rəsmiləşib.
Görüşü ən azı 1 xalla başa vuracağı dəqiqləşən "Murov" (hazırda 36 xal) sona 1 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 6 xal qabaqlayır. "Ağ-qaralar" son 2 turda quru hesabla qalib gəlsələr belə, liderə çata bilməyəcəklər.
Beləliklə, "Neftçi" vaxtından əvvəl gümüş medalları, MOİK isə "bürünc"ü təmin edib.