Voleybol üzrə dünya çempionatında yeni rekord
Almaniyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında yeni rekord qeydə alınıb.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, bu, Türkiyə millisinin üzvü Melissa Tereza Varqasa məxsusdur.
Kuba əsilli voleybolçunun İsveçlə oyunda yerinə yetirdiyi ötürmənin sürəti 112 km/s olub.
Qeyd edək ki, ondan əvvəlki rekorda serbiyalı Tiyana Boşkoviç imza atmışdı. ( 111,4 km/s)