Voleybol üzrə “Heydər Əliyev kuboku”nun təqvimi açıqlanıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev kuboku”nun təqvimi bəlli olub.
AVF-dən Sportline.az saytına verilən məlumata görə, aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaqlar.
Qadınların yarışında I Liqada ilk dörd pilləni tutan üç komanda – “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa” və Yüksək Liqada çıxış edən UNEC, “Azərreyl”, “Abşeron”, “Murov” komandaları yarışacaqlar.
Kişilərin turnirində isə I Liqanın ilk “dördlüy”ündə qərarlaşmış “Təhsil”, “Express”, “Xarı bülbül-2 Şuşa”, həmçinin, Yüksək Liqada çıxış edən MOİK, “Murov”, “Neftçi” və “Xarı bülbül Şuşa” mübarizə aparacaqlar.
Dörd gün davam edəcək turnirdə oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.
Qarşılaşmalar AVF-nin idman zalında, “Murov” klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.
Oyunların təqvimi
25 aprel
Qadınlar
14:00. “Ryuga” – “Abşeron”
15:30. Kubokun açılış mərasimi
16:00. “Murov-2” – “Azərreyl”
18:00. “Xarı bülbül Şuşa” – UNEC
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: Azərbaycan Voleybol Federasiyasının idman zalı
Kişilər
14:00. “Express” - “Xarı bülbül Şuşa”
15:30. Kubokun AÇILIŞ mərasimi
16:00. “Xarı bülbül-2 Şuşa” – “Murov”
18:00. “Təhsil” - MOİK
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: “Murov” voleybol klubunun idman zalı
26 aprel
Yarımfinal (qadınlar)
14:00. Birinci oyun
16:00. İkinci oyun
Məkan: Voleybol Mərkəzi
27 aprel
Yarımfinal (kişilər)
16:00. Birinci oyun
18:00. İkinci oyun
Məkan: Voleybol Mərkəzi
28 aprel
14:00. Final (qadınlar)
16:00. Final (kişilər)
Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi