Voleybol üzrə Yüksək Liqada növbəti turun proqramı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı dəqiqləşib.

Azərbaycan Voleybol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, XIX turun görüşləri aprelin 18-də baş tutacaq.

Günün ilk qarşılaşması saat 15:00-da “Sərhədçi” və “Murov” komandaları arasında olacaq. Bu matçdan 2 saat sonra “Neftçi” - “Ekspress” oyununa start veriləcək.

Hər iki oyun “Murov” Voleybol Klubunun idman zalın təşkil olunacaq.