Voleybolçularımız Çin çempionatının mükafatçısı oldular
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Odina Əliyeva və Mariya Kirilyuk Çin çempionatında bürünc medal qazanıblar.
Sportline.az xəbər verir ki, idmançıların formasını geyindiyi “Şenzen Jonqsay” Çin Liqasında üçüncü yeri tutub.
Komanda üçüncülük uğrunda görüşdə “Fujian”la qarşılaşıb.
İki oyunluq mübarizədə 3:2 və 3:1 hesabı ilə qalib gələn “Şenzen Jonqsay” klubu yarışın bürünc medalına sahib çıxıb.