Voleybolçularımızdan uğurlu nəticələr

Kişi və qadın voleybolçularımız yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

Sportline.az xəbər verir ki, Bakıda Azərbaycan və Gürcüstanın milli komandaları arasında növbəti yoxlama oyunları olub.

Həm kişi, həm də qadınlar arasındakı görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb. Qadınlar 3:1, kişilər isə 3:0 hesablı qələbəyə seviniblər.