Voltemade Madrid klubunun hədəfindədir

"Nyukasl" yayda Nik Voltemadeni "Atletiko"ya satmaq istəyir.

Sportline.az xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.

"Bild" nəşrinin yaydığı məlumata görə, "sağsağanlar" 24 yaşlı oyunçu üçün ən azı 75 milyon avro tələb edir.

Qeyd edək ki, Almaniya millisinin üzvü "Nyukasl"a ötən ilin yayında "Ştutqart"dan 75 milyon avro qarşılığında transfer olunmuşdu.